Press Release Shim
Speeches Shim
For Immediate Release
Bakı, Azərbaycan – İyunun 19-u Səfir Litzenberqer və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycandakı missiyasının direktoru Cey Sinqx Azərbaycan Qızıl Aypara cəmiyyətinin Bakıda yerləşən anbarına baş çəkərək orada USAID tərəfindən maliyyələşdirilən gigiyena əşyalarının paylanması üçün görülən hazırlıq işlərini nəzərdən keçiriblər. Bu bağlamalar Qızıl Aypara Cəmiyyətinin könüllüləri tərəfindən Bakıda və 14 digər rayonda 3,600-dən çox insanı əhatə edən 600 ailəyə çatdırılacaq. Bu yardım ABŞ-ın COVID-19 pandemiyasına qarşı qlobal cavab tədbirlərinin bir hissəsi olaraq Amerika xalqının səxavəti sayəsində mümkün olmuşdur.
“Pandemiyanın təsiri və xəstəliyin yayılmasının qarşısını almaq üçün görülən karantin tədbirləri Azərbaycanda, Birləşmiş Ştatlarda, habelə bütün dünyada bir çox ailələrin çətinliklərlə üzləşməsinə səbəb olub. Mən yerli Qızıl Aypara Cəmiyyətinin könüllülərinin Azərbaycanda insanların qida və gigiyena əşyalarının təchizatı, həmçinin sağlam qalmaq üçün zəruri məlumatların çatdırılmasında göstərdikləri xidmətlərini və əziyyətini yüksək giymətləndirirəm. Onların göstərdikləri səylər Amerikalıların xidmət və xeyriyyəçilik dəyərlərini əks etditrir. Amerika COVID-19 xəstəliyinə qarşı mübarizədə Azərbaycan könüllüləri və xalqının yanında olmaqdan qürur duyur” deyərək Səfir Litzenberqer qeyd edib.
USAID təşkilatı Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası, Azərbaycan Qızıl Aypara Cəmiyyəti və UNICEF-də daxil olmaqla müxtəlif təşkilatlarla tərəfdaşlıq edərək vacib gigiyena əşyalarının paylanmasını, habelə COVID-19 xəstəliyinə yoluxmamaq və xəstəliyin yayılmasının qarşısının alınması üçün məlumatların hazırlanmasını təmin edir. USAID həmçinin Türkiyədə çalışan 19 Azərbaycanlı həkimin Azərbaycana gəlişini təmin edən REACT-C19 layihəsini maliyyələşdirənlərdən biridir. Sözügedən həkimlər yerli xəstəxanalarda fəaliyyət göstərərək pandemiya dövründə müalicə alan xəstələrin ehtiyaclarının daha yaxşı ödənilməsini təmin etməyə çalışacaqlar.
Bu vaxta kimi Amerika Birləşmiş Ştatları COVID-19-la qlobal mübarizəyə 11 milliard dollar ayırıb. USAID və Dövlət Departamenti COVID-19 sahəsində Azərbaycan da daxil olmaqla 120 dövlətə yardım göstərib.
Related Press Releases
- USAID 3,500 ehtiyacı olan ailəyə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ərzaq və gigiyena məhsullarının çatdırılmasını dəstəkləyir
- ABŞ Azərbaycanda COVID-19 pandemiyasının iqtisadi təsirlərinə cavab vermək üçün əlavə 1,47 milyon dollar səfərbər etmişdir
- Ağ Ev “Qadınların Qlobal İnkişafı və Rifahı Naminə” Fondundan Azərbaycana 2 Milyon ABŞ Dolları Dəyərində Maliyyə Vəsaiti Ayrıldığını Elan Edir
Comment
Make a general inquiry or suggest an improvement.