Speeches Shim
ABŞ hökuməti ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Dövlət Departamenti vasitəsi ilə Azərbaycana COVID-19 pandemiyasının təsirlərinə cavab verməsi üçün əlavə 1,47 milyon dollar yardım edəcək.
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Administratorunun müavini Bonni Qlik, ABŞ Dövlət Departamentinin katibinin müavini Stiven Biequn və ABŞ Prezidentinin müşaviri İvanka Tramp birgə bəyanatla çıxış edərək bildirmişdilər ki, Prezident Tramp tərəfindən 2019-cu ilin fevralında təsis edilən və Ağ Ev-in rəhbərliyi ilə həyata keçirilən “Qadınların Qlobal İnkişafı və Rifahı Naminə” Təşəbbüsü (W-GDP) çərçivəsində yeni fəaliyyətlər və tərəfdaşlıqlar üçün 122 milyon ABŞ dolları ayrılmışdır.
BAKI – Amerika Birləşmiş Ştatları ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) vasitəsilə Azərbaycan hökumətinin koronavirusun yayılmasına qarşı apardığı səylərə dəstək məqsədilə 1,7 milyon ABŞ dolları miqdarında vəsait ayırıb.
BAKI – Bu gün ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycandakı missiyası və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Azərbaycanda Biznes və Peşəkar Assosiasiyalara Dəstək adlı yeni təşəbbüsün başlanğıcını qeyd etmək üçün tərəfdaşlıq sammiti keçiriblər. Yüzdən çox özəl sektor, biznes assosiasiyaları, vətəndaş cəmiyyəti, beynəlxalq təşkilatlar və Azərbaycan hökumət nümayəndələri sammitdə iştirak ediblər.
BAKI – ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti və Açıq Hökumət Platforması terrorizmin maliyyələşdirilməsi və çirkli pulların yuyulmasında vətəndaş cəmiyyəti təşkilatlarından sui-istifadənin qarşısının alınması sahəsində qabaqcıl beynəlxalq təcrübəni müzakirə etmək məqsədi ilə beynəlxalq seminar keçirib.
Bu gün ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycandakı Missiya Direktoru Caydev Sinqx Xudat və Qusar sakinləri ilə birgə USAID-in maliyyələşdirdiyi Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) adlı proqram çərçivəsində icra edilmiş iki icma layihələrinin açılışında iştirak edib.
Xudatın Fidanlar icmasında sakinlər hökumət nümayəndələri ilə əməkdaşlıq edərək yerli uşaq bağçasını tam təmir ediblər. Təmir edilmiş uşaq bağçası icmanın 55 uşağını isti, təhlükəsiz və sağlam tədris mühiti ilə təmin edəcək.
Comment
Make a general inquiry or suggest an improvement.