Speeches Shim
BAKI – Zərdab və Füzuli sakinləri yeni tibb məntəqəsi, yem emalı və toxum təmizləmə məntəqəsi inşa edərək və uşaq bağçasını təmir edərək icma infrastrukturunu yaxşılaşdırmağa yönəlik layihələrə öz vaxt və vəsaitlərini töhfə veriblər. Həmin layihələr ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşən Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) adlı layihə çərçivəsində həyata keçirilib.
BAKI – Quba, Qazax, Bərdə və Tərtər sakinləri ətraf ərazilərdə yaşayan fermerlərə xidmət göstərəcək altı yem emalı və toxum təmizləmə məntəqələrinin inşasına öz vaxt və vəsaitlərini töhfə veriblər. Həmin məntəqələr ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşən Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) adlı layihə çərçivəsində tikilib.
XAÇMAZ – Bu gün Xaçmaz rayonunun Xaspoladoba, Arzu və Sərkərli kəndlərində bir yeni suvarma və iki su təminatı layihələrinin açılışı keçirilib. Layihələr nəticəsində yerli fermerlərin suvarma suyuna əlçatanlığı və bir neçə min sakinin texniki su təminatı yaxşılaçacaq. Həmin layihələr ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Azərbaycanın hökuməti və yerli icmalar arasında əməkdaşlıq çərçivəsində inşa edilib.
BAKI – Bu gün ABŞ səfriliyinin müvəqqəti işlər vəkili Uilyam Gil ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə keçirilən “Azərbaycanda qadın sahibkarlığının inkişafı” adlı konfransda çıxış edərək qadınların Azərbaycanda iqtisadiyyatın inkişafı və şaxələndirilməsində mümüm rol oynadıqlarını vurğulayıb. Konfrans USAID-in tərəfdaşı olan Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardim Fondu tərəfindən 2018-ci il Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində təşkil olunub.
Comment
Make a general inquiry or suggest an improvement.