Flag of Azerbaijan

Press-relizlər

Dil: Azeri | English

Speeches Shim

05-09-2020 14:00

 

Bakı – ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin çalışqan könüllüləri pandemiya dövründə çətinlik çəkən ailələrə daha 7,000 qutu qida və gigiyena məhsulu çatdırırlar. Bu tədarüklər ölkənin səkkiz bölgəsində 3,500 ailəyə kömək edəcəkdir. Bu, COVID-19-a cavab məqsədilə USAID-in Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasına (IFRC) maliyyə dəstəyi çərçivəsində çətinlik çəkən ailələrə ikinci yardım çatdırılmasıdır.

Sentyabrın 2-də ABŞ səfiri Li Litzenberger işçilərin və könüllülərin yardım qutularını qablaşdırdığı və yüklədiyi anbarda Azərbaycan Qızıl Aypara vitse-prezidenti Qafar Əsgərzadə və baş katib Ceyhun Mirzəyevlə görüşdü. “ABŞ Covid-19 qlobal pandemiyasının yaratdığı çətinliklərin öhdəsindən gəlmək üçün çalışarkən Azərbaycan xalqının yanında olmağa davam edir. USAID vasitəsilə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Covid-19 cavab səylərini dəstəklədiyimiz üçün qürur duyuruq” deyə səfir Litzenberger bildirib.

USAID və ABŞ-Azərbaycan Ticarət Palatası Tərəfdaşlıq Sazişi İmzalayıb
25-04-2019 14:00

 

BAKI – Bu gün ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycandakı missiyası və ABŞ-Azərbaycan Ticarət Palatası ümumi məqsələrə dair əməkdaşlıq sahəsində anlaşma memorandumu imzalayıblar. İki tərəfdaş birgə işləyərək iqtisadi inkişafı stimullaşdırmağa, habelə ABŞ və Azərbaycan arasında ticarət və kommersiyanı, akademik və mədəni əlaqələri təşviq etməyə çalışacaqlar. 

USAID - Azərbaycan Əməkdaşlığı Çərçivəsində İcmalar İnfrastrukturu Yaxşılaşdırır
17-04-2019 16:00

 

BAKI – Zərdab və Füzuli sakinləri yeni tibb məntəqəsi, yem emalı və toxum təmizləmə məntəqəsi inşa edərək və uşaq bağçasını təmir edərək icma infrastrukturunu yaxşılaşdırmağa yönəlik layihələrə öz vaxt və vəsaitlərini töhfə veriblər. Həmin layihələr ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşən Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) adlı layihə çərçivəsində həyata keçirilib. 

USAID - Azərbaycan Əməkdaşlığı Çərçivəsində Altı Yem Emalı Məntəqəsi İstifadəyə Verilib
16-03-2019 15:30

 

BAKI – Quba, Qazax, Bərdə və Tərtər sakinləri ətraf ərazilərdə yaşayan fermerlərə xidmət göstərəcək altı yem emalı və toxum təmizləmə məntəqələrinin inşasına öz vaxt və vəsaitlərini töhfə veriblər. Həmin məntəqələr ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşən Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) adlı layihə çərçivəsində tikilib. 

Xaçmazın Kəndləri ABŞ və Azərbaycan Hökumətlərinin Dəstəyi ilə Su Təminatını Yaxşılaşdırıb
01-03-2019 11:30

 

XAÇMAZ – Bu gün Xaçmaz rayonunun Xaspoladoba, Arzu və Sərkərli kəndlərində bir yeni suvarma və iki su təminatı layihələrinin açılışı keçirilib. Layihələr nəticəsində yerli fermerlərin suvarma suyuna əlçatanlığı və bir neçə min sakinin texniki su təminatı yaxşılaçacaq. Həmin layihələr ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Azərbaycanın hökuməti və yerli icmalar arasında əməkdaşlıq çərçivəsində inşa edilib. 

Azərbaycanda Qlobal Sahibkarlıq Həftəsi Qeyd Olunur
14-11-2018 12:30

 

BAKI – Bu gün ABŞ səfriliyinin müvəqqəti işlər vəkili Uilyam Gil ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə keçirilən “Azərbaycanda qadın sahibkarlığının inkişafı” adlı konfransda çıxış edərək qadınların Azərbaycanda iqtisadiyyatın inkişafı və şaxələndirilməsində mümüm rol oynadıqlarını vurğulayıb. Konfrans USAID-in tərəfdaşı olan Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardim Fondu tərəfindən 2018-ci il Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində təşkil olunub. 

Pages